Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Komitənin üzvü, erməni ictimai-siyasi xadim Avetik Çalabyan nəşrə açıqlamasıdna deyib ki, hərəkat ölkənin və hər kəsin təhlükəsizliyinə kəskin təhdid hissindən və hansısa formada bunlara qarşı çıxmaq məqsədilə yaranıb.
“Aydındır ki, bu təhdidlərin əsas günahkarı hazırkı hakimiyyət və onun lideri Nikol Paşinyandır. Ona görə də hərəkatın ən mühüm məqsədlərindən biri Nikol Paşinyanı tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaqdır”, - deyə o qeyd edib.
Çalabyan bildirib ki, hər bir mitinq həm də Paşinyanın müvəqqəti hakimiyyətdən uzaqlaşdırılmasına səbəb olacaq hərəkətləri formalaşdırmaq məqsədi daşıyır.
Alpər Mövludoğlu
Ordu.az