“Past”: Xalqın əksəriyyəti uzun müddətdir Nikol Paşinyanın yanında deyil

2023/09/1695152568.jpg
Oxunub: 235     16:57     30 Sentyabr 2023    
Nikol Paşinyan və digər başıboşların öz destruktiv siyasətlərinə çox vaxt “xalq səsi” ilə haqq qazandırması yeni deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, ancaq bəzi hallarda başqa istiqamətlərdən xalqa qarşı “ittihamlar” da olur ki, müharibədən sonra da Nikol Paşinyan yenidən Baş nazir seçilib.

“Bəli, 2021-ci ildə onun partiyası təxminən 54 faiz səs toplayıb. Amma öncə onu qeyd edək ki, bu nəticə misli görünməmiş inzibati resurslardan istifadə, hüquq-mühafizə sistemindən siyasi klub kimi istifadə, axtarışlar, həbslər, hədə-qorxular nəticəsində ciddi diktatura şəraitində qeydə alınıb. Digər tərəfdən, Nikol Paşinyanın etdiklərinin əvvəlki iki parlament seçkilərində təqdim etdiyi seçkiqabağı proqramlarla, o cümlədən ümumilikdə Qarabağla və xüsusilə “öz müqəddəratını təyinetmə hüququ”nun həyata keçirilməsi ilə heç bir əlaqəsi yoxdur. Yəni xalq, hətta səsvermə yolu ilə də Nikol Paşinyanın indi etdiklərini heç vaxt bəyənməyib. Üstəlik, xalqın əksəriyyətinin uzun müddətdir Nikol Paşinyanın yanında olmadığı, onun destruktiv siyasətini, eləcə də günahı daim başqasının üstünə atmaq cəhdlərini qəbul etmədiyi açıq şəkildə nəzərə çarpır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin