Erməni terrorçu Paşinyana sui-qəsd cəhdindən danışdı

2023/09/1696058674.jpg
Oxunub: 404     15:52     30 Sentyabr 2023    
İrəvanın keçmiş şəhər başçısı Albert Bazeyan 2 ay müddətinə həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Bazeyanla yanaşı 7 nəfər həbs olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, “Səlibçilər” ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər, buna görə də həbs ediliblər.

Bazeyanın silahdaşlarından biri, “Arabonun Manveli” ləqəbli, terrorçu Manvel Yeğiazaryan nəşrə açıqlamasında deyib ki, bu ittihamı gülünc hesab edir.

“Yaxşı, deyirlər ki, çağırış edib. Albert nə vaxt danışır ki, hələ bir sui-qəsd cəhdi edəcəyindən xəbər versin? Dəfələrlə görüşmüşük, oyun oynamışıq, çörək yemişik, amma belə bir niyyət eşitməmişəm. O qədər sakit adamdır ki, ümumiyyətlə, məclislərdə demək olar danışmır”, - deyə Yeğiazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Səlibçilər  


Bizi "telegram"da izləyin