Ordu.az xəbər verir ki, “Center for European Policy Analysis” (CEPA) tərəfindən təşkil edilən forumda çıxış edən səfir artan münaqişələr səbəbindən NATO müttəfiqlərinin Ukraynaya daha çox silah və sursat göndərməyi planlaşdırdıqlarını qeyd edib.
“Biz NATO olaraq “Müdafiə İstehsalı Fəaliyyət Planı” adlandırdığımız plana uyğun olaraq istehsalı artıraraq, həm ukraynalılar, həm də bəzi NATO müttəfiqləri üçün sursat çatışmazlığını aradan qaldırmağı hədəfləyirik”, - deyə o bildirib.
ABŞ səfiri həmçinin NATO-nun müdafiə təyinatlı məhsulların istehsal xətlərinin sürətləndirilməsi üçün özəl sektorla müxtəlif danışıqlar və razılaşmalar apardığını açıqlayıb.
Smit bəyan edib ki, heç bir müttəfiq Ukraynaya yardımın azaldılmasını təklif etməyib və bütün 31 NATO üzvünün Ukraynaya dəstəyi “möhkəm və azalmadan” davam edəcək.
Ehtiyatlarını artırmaq zərurəti ilə əlaqədar olaraq, Aİ də iyul ayında sursat və raket istehsalının genişləndirilməsi planını həyata keçirib.
Sevinc Əliyeva
Ordu.az