Ordu.az xəbər verir ki, İranın rabitə naziri İsa Zarepur İnqilab Keşikçiləri Korpusunun aviasiya qolunun buraxılışı uğurla həyata keçirdiyini və peykin yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirildiyini bildirib.
Buraxılışla bağlı rəsmi görüntülər paylaşılmasa da, Qərb rəsmiləri İranın bəyanatı ilə bağlı açıqlama verməyib.
İlk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran “Nur-1” adlı ilk hərbi peykini 2020-ci ilin aprelində kosmosa çıxarıb.
Uzun müddətdir ki, nüvə silahı əldə etmək ardınca getmədiyini bildirən İran daha öncə peyk buraxılışları və raket sınaqlarının hərbi komponentə malik olmadığını iddia edirdi.
ABŞ kəşfiyyat agentlikləri və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın 2003-cü ildə təşkil edilmiş hərbi nüvə proqramından əl çəkdiyini bildirir. İran həmçinin öz proqramının sülhməramlı olduğunu iddia edir.
Sevinc Əliyeva
Ordu.az