Ordu.az xəbər verir ki, bu barədə FNSS tərəfindən verilən yazılı açıqlamada bildirilib.
Qeyd olunub ki, FNSS 2022-ci ildə “Ar-Ge” Mərkəzində həyata keçirilən layihələrin sayına görə top 100 siyahısında 20-ci yeri tutub.
“FNSS 2022-ci ildə “Ar-Ge” Mərkəzində çalışan ümumi işçi sayına görə top 100 siyahısında 18-ci yeri, 2022-ci ildə “Ar-Ge” Mərkəzlərində çalışan qadın işçilərin sayına görə top 50 siyahısında 37-ci yeri, 2022-ci ildə “Ar-Ge” Mərkəzində çalışan magistratura və doktorantura kadrlarının sayına görə top 50 siyahısında 10-cu yeri, 2022-ci ildə “Ar-Ge” Mərkəzində alınan milli patentlərin sayına görə top 50 siyahısında 33-cü yeri, 2022 Ar-Ge Mərkəzində satın alınan faydalı modellərin sayına görə top 50 siyahısında 15-ci yeri tutub”, - deyə məlumatda bildirilib.
Sevinc Əliyeva
Ordu.az