SDT məhsulları önə çıxır| Radioelektron müharibə həllərinə unikal təkliflər

2023/09/FSDF-1696058224.jpg
Oxunub: 212     17:32     30 Sentyabr 2023    
Radioelektron müharibə, rabitə, simulyasiya, təlim və missiya sistemləri sahələrində fəaliyyət göstərən, Türkiyənin müdafiə sənayesi şirkəti olan SDT inkişaf etdirdiyi məhsul və sistemlərdə yüksək texnologiya baxımından önə çıxır.

Son illərdə münaqişə bölgələrində istifadəsi artan və müharibənin gedişatına təsir edən radioelektron müharibədə əhəmiyyətli təcrübəyə malik olan SDT-nin bu sahədə müxtəlif məhsul və sistemləri var.

SDT-nin radioelektron müharibə sistemləri bunlardır:

RF Siqnal Analiz Sistemi (ELINT)

ESM/ELINT Sistemi bütün növ radar siqnallarının avtomatik aşkarlanması və monitorinqi, identifikasiyası, istiqamətinin tapılması və təhlili üçün istifadə olunur. Sistem 0,5-18 GHz və 18-40 GHz arasında olan bütün standart radar diapazonlarında müxtəlif radar növlərini aşkar edə bilir. Sistem sabit və ya çevik PRI, impulslu “Doppler” siqnalları və CW siqnalları daxil olmaqla mürəkkəb siqnalları tuta və təhlil edə bilər.

İdarə olunan Mərmi Simulyatoru

Dəniz Platformaları üçün İnfraqırmızı İdarə olunan Mərmi Simulyatoru Sistemin məqsədi idarə olunan mərmilərə qarşı müdafiə texnikası və taktikasını inkişaf etdirmək, radioelektron müharibə sınaqları keçirmək və mövcud platformaların infraqırmızı imzalarını azaltmaq üçün səyləri dəstəkləməkdir.

Portativ DF - COMINT sistemi

Bu, Geniş Diapazonlu Dinləmə və İstiqamət Müəyyənləşdirmə üçün istifadə edilə bilən portativ rabitə kəşfiyyatı (COMINT) sistemidir. Bu sistemlə əməliyyat sahəsində rabitə siqnallarını aşkar etmək, onların istiqamətlərini qiymətləndirmək və siqnalları təhlil etmək mümkündür. Birdən çox sistemdən birlikdə istifadə etməklə yayım mənbəyinin yerini müəyyən etmək olar.

Antidron Sistemləri

SDT Ovçu Antidron Sistemi kənd və ya şəhər ərazilərində Mini/Mikro Pilotsuz Uçuş Aparatlarını (PUA) aşkar etmək, izləmək və zərərsizləşdirmək üçün nəzərdə tutulub. O, radarla çoxsaylı təhdidlərin (PUA) aşkarlanması və izlənilməsi, sabit və ya mobil istifadə üçün konfiqurasiya və təhlükə təsnifatı kimi xüsusiyyətlərə malikdir.

Radioelektron Daramalı Radar

Kritik obyektlərin mühafizəsi, ətraf mühitə nəzarət sistemləri və antidron sistemlərində hədəf aşkarlama sisteminin komponenti kimi inkişaf etdirilən Radioelektron Daramalı Radar (RDR) sistemi yan və yüksəklikdə daha yüksək dəqiqliyə və yüksək sürətli darama xüsusiyyətlərinə malik radardır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SDT   Radioelektron  


Bizi "telegram"da izləyin