Ordu.az xəbər verir ki, bu barədə TUSAŞ-ın Baş direktoru Temel Kotil “Kaan” haqqında məlumat verərkən deyib.
O qeyd edib ki, katapult oturacağını Britaniyadan alırlar.
Kotil vurğulayıb ki, “Kaan” milli döyüş təyyarəsinin katapult oturacağı ilk sınaqdan keçib.
“Sınaqlar Britaniyada aparılır. “Kaan”ın ilkin hissəsini düzəltdik və sınaqlarda istifadə etmək üçün ora göndərdik. Birinci buraxılış həyata keçirilib, ikinci buraxılış həyata keçiriləcək”, - deyə Kotil bildirib.
Sevinc Əliyeva
Ordu.az