“Rusiya Ukraynada qalib gəlmək istəyir və bunun üçün müttəfiqləri də daxil olmaqla, çox şey qurban verməyə hazırdır” - Atasuntsev

2023/09/1696057127.jpg
Oxunub: 229     14:18     30 Sentyabr 2023    
2020-ci ildə qısamüddətli müharibə nəticəsində Azərbaycan Qarabağ ətrafındakı nəhəng əraziləri ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Washington Post” nəşri yazıb.

Nəşr qeyd edib ki, Rusiya sülhməramlıları sülhü qorumaq üçün yerləşdirilib, lakin onlar Laçın yolunun bağlanmasına mane ola bilməyiblər.

“Analitiklər bunun qismən Ukraynada davam edən müharibənin nəticəsi olduğunu düşünürlər. Moskva Azərbaycanla möhkəm əlaqələr saxlasa da, Ermənistanı müttəfiqi və təhlükəsizlik üzrə tərəfdaşı hesab edir. Amma görünən odur ki, onun nəinki Cənubi Qafqazda, eləcə də bu yaxınlarda Qırğızıstanla Tacikistan arasında sərhəd toqquşmaları başlayanda Rusiyanın kənara çəkildiyi Mərkəzi Asiyada sülhməramlı və sabitliyin təminatçısı rolunu yerinə yetirmək imkanı yoxdur”, - deyə nəşr bildirib.

Qafqaz məsələləri üzrə rusiyalı ekspert Aleksandr Atasuntsev “New York Times”a açıqlamasında deyib ki, Rusiyanın əvvəllər edə bildiyi kimi hamını qorxutmaq üçün resursları yoxdur.

“Rusiyanın bir böyük məqsədi var: o, Ukraynada qalib gəlmək istəyir və bunun üçün müttəfiqləri də daxil olmaqla, çox şey qurban verməyə hazırdır”, - deyə Atasuntsev qeyd edib.

O qeyd edib ki, Rusiyanın işğalından sonra Moskva qonşu ərazilərdə artıq çəkindirici rol oynaya bilməz.

Atasuntsev bildirib ki, Qarabağda baş verən son hadisələr Moskva üçün nüfuzun itirilməsi deməkdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin