Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komisisyasının sədri Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, Ermənistanın günahı yəqin ki, sonradan Ermənistan və Qarabağı müşayiət etməyə başlayan bütün proseslərə nəzarət edə bilməməsindədir.
Köçəryan bəzi şəxslərin, qanunsuz “hərbi birləşmənin nümayəndələri”nin Azərbaycan tərəfindən həbs olunmasına toxunaraq deyib: “Samvel Şahramanyan belə qərarlar verəndə rəqiblə danışıqlar zamanı hər kəsin aqibətinin necə olacağına son təfərrüatına qədər aydınlıq gətirməli idi. Etməyib. Əgər edibsə, Levon Mnatsakanyan niyə tutulub? Nə danışıblar? Birinci iclasla “müdafiə ordusu” buraxıldı, ikinci iclasla “Qarabağ” (qondarma qurum-red.) buraxıldı”, - deyə Köçəryan qeyd edib.
Köçəryan bildirib ki, Qarabağda olan və illər boyu toplanan silahlar rəqibə verilib, buna kim cavab verəcək?
Alpər Mövludoğlu
Ordu.az