atırladaq ki, "Eurovision" Mahnı Müsabiqəsinin 2009-cu il buraxılışında ermənilər hazırladıqları reklam çarxında Azərbaycan ərazisində ucaldılmış bu abidənin təsvirini nümayiş etdirmişdilər ki, bu da həmin ölkənin Azərbaycanın bir hissəsinə açıq ərazi iddiasının və acgözlüyünün təzahürü idi. Nəticədə müsabiqənin təşkilat komitəsi Azərbaycan XİN-nin etirazına təcili reaksiya göstərərək, Azərbaycan ərazisində olan abidənin təsvirini erməni ifaçıların reklam videoçarxından çıxardı. Erməni müğənnisi Siruşonun Ermənistan üzrə səsvermənin nəticələrini elan etdiyi vaxt abidəsinin təsvirini bloknotunun arxasında nümayiş etdirməsinə isə həyasızlıqdan başqa ad vermək olmazdı...
"Историко-архитектурные памятники Нагорного Карабаха" adlı kitabın müəllifi olan Şaqen Mkrtçyan 1983-cü ilin yayında nəşr etdiyi yazıda bu abidəni "çoxəsrlik planetin mərkəz hissəsi" adlandırmışdı. Mkrtçyanın kitabında əks olunmuş heykəlin altında yazılıb: “Памятник долгожителей: Мы и наши горы”.
Yəni Mkrtçyan bildirmək istəyir ki, bu çoxəsrlik mərkəzi hissədə ta əzəldən erməni qövmü yaşayıb. Lakin o unudur ki, vaxtilə Qarabağa köçürülən ermənilər üçün Marağada da abidə ucaldılmışdı.Təbii ki,bu cür abidələr məhv edildi və tarix saxtalaşdırıldı. Nəticə etibarilə abidənin tikilməsinə Azərbaycan SSRİ razı olmasa da abidə tikildi. Maraqlı məlumatlardan biri də odur ki, abidə Azərbaycan SSR-nin büdcəsindən ayrılmış vəsait hesabına tikilib. Və hal-hazırda bir çox soydaşımız bu qoca kişi və qadın başlarından ibarət olan abidənin dağlarla nə cür əlaqəsi olduğunu düzgün anlamır... Təbii ki, erməni hiyləsi burada da öz sözünü deyir. Belə ki, 1968-ci ildə isə açılış üçün Bakıdan Xankəndinə gələn Sovet rəsmiləri soruşmuşdu: "Bu təsvirdə onların ayaqları yoxdur?". Bağdasaryanın cavabı belə oldu: "Onların ayaqları çoxdan öz torpaqlarında yatmaqdadır". Yəni yuxarıda qeyd etdiyim kimi daşnak ruhunda tərbiyə olunmuş Sarkis bu cavabla ermənilərin Qarabağın köklü sakinləri olduğunu göstərməyə çalışırdı. Təbii ki, abidənin üzərində yarandığı ilin deyil, ümumilikdə XX əsrin göstərilməsi abidənin inşasını daha da qədimləşdirməyə xidmət edir.
Həmin abidəni sökmək üçün isə Vilayət Partiya Komitəsinin birinci katibi B.Gevorkov qərar çıxarsa da, qərar yerinə yetirilməmişdi. Heykəlin real adı isə "Biz Dağlarımızıq" olsa da, abidə daha çox "Dadik-Babik" adıyla tanınmaqdadır. Abidə şərqi erməni ləhcəsində "Nənəcik və Babacıq", qərbi erməni ləhcəsində isə "Anacıq və Babacıq" adlandırılır. Abidə qırmızı vulkanik tuf daşından hazırlanmış və hündür təpə üzərində tikilmişdi. Yonulmuş tuf üzərində qoca kişi və qadın təsvirində qadının ağızı yaylıqla örtülüb. Abidənin hündürlüyü 2.50, sağdan-sola uzunluğu 2.40, çəkisi təxminən 300 kq-dır. Ermənilərə görə, abidənin üçbucaq şəkilli hissələri Ağrı dağının zirvəsini bildirir.
2013-cü ildə Moskvada yaşayan Karen Kamoyi Avaqumyanın köməyi ilə yenidən qurulan abidədə ermənilər müxtəlif yazılar yazıb və bununla da abidənin görünüşünə ciddi xələl gətiriblər. Burada isə təəccüblü heç nə yoxdur. Bu, ermənilərin tarix boyu etdikləri saxtakarlıq nümunələrindən sadəcə biridir.
Baş redaktor Şahin Qocayev
Ordu.az