Rusiya yüksəkdəqiqlikli raketlərin sınağını keçirib

2023/09/2a364-1695991959.jpg
Oxunub: 221     16:41     29 Sentyabr 2023    
"Rusiya yüksəkdəqiqlikli yeni raketlərin sınağını keçirib".

Ordu.az xəbər verir ki, bunu sınaqlarda iştirak edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, sınaqlar davam edəcək: “Ukraynada davam edən müharibədə yüksək dəqiqliyə malik raketlərdən istifadə olunacaq. Raketin sınaqdan keçirilmiş modeli xüsusi hərbi əməliyyatda istifadə üçün nəzərdə tutulub. Bu raketlər hədəfi dəqiq vura bilir”.

D.Medvedev bildirib ki, Rusiya öz hərbi texnikasını Qərbin ən son model silahları əsasında modernləşdirir: “Modernləşmə müharibə başa çatana qədər davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Raket  


Bizi "telegram"da izləyin