Azərbaycan PA-nın Qarabağın erməni sakinlərinə erməni dilində MÜRACİƏTİ - VİDEO

2023/09/1695988243.jpg
Oxunub: 31512     15:45     29 Sentyabr 2023    
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib”.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) məlumatını Baku TV erməni dilində yayımlayıb.

Qeyd edilib ki, bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçiriləcək.

İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərə çatdırır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Telefon nömrəsi: (+994 12) 526-09-19
“WhatsApp” nömrəsi: (+994 70) 527-09-19

Elektron poçt ünvanı: [email protected]

Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcək.

Baku TV-nin erməni dilində olan müraciətini təqdim edirik:



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   PA   Qarabağ  


Bizi "telegram"da izləyin