"Ermənistanın verdiyi vədləri yerinə yetirməsi sabitlik üçün yeganə yoldur" - Türkiyənin müdafiə naziri

2023/06/64887-1686664703.jpg
Oxunub: 148     09:48     29 Sentyabr 2023    
Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler danışıb.

"Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi müqavilə tərəflərinin buna əməl edəcəyi idi. Proses zamanı Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi.

Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur", - deyə nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zəngəzur-dəhlizi   Ermənistan  


Bizi "telegram"da izləyin