Ordu.az xəbər verir ki, Rusiya “İtalmas” adlı yeni PUA-nın texniki xüsusiyyətlərə görə “Lancet” PUA-sının daha təkmil versiyası olduğunu açıqlayıb.
Rusiya mətbuatı daha əvvəl “ZALA Group” kimi bilinən və “Lancet” kamikadze PUA-larının inkişaf etdirilməsi və istehsalı ilə tanınan “Aeroscan” şirkətinin “Italmas” adlı yeni PUA hazırladığını açıqlayıb.
Rusiyalı ekspertlər bildiriblər ki, “Italmas” PUA-sının “Lancet” PUA-sı ilə müqayisədə xüsusiyyətləri xeyli təkmilləşdirilib.
Yeni PUA-nın 200 kilometrə qədər uzadılmış atış məsafəsinə malik olduğu, benzin mühərriki ilə təchiz edildiyi və yanacaq çəninin qanad strukturuna inteqrasiya olunduğu bildirilir.
Qeyd olunur ki, kamikaze PUA-sının sınaqlarına 2023-cü ilin əvvəlində başlanılıb və PUA bir müddət əvvəl tələb olunan əməliyyat standartlarına uyğunlaşdırılıb.
Sevinc Əliyeva
Ordu.az