Türkiyənin zireh nəhəngi “Nurol Teknoloji” alman şirkətini alıb

2023/09/1695966093.jpg
Oxunub: 211     15:40     30 Sentyabr 2023    
Türkiyənin ballistik müdafiə həlləri üzrə ixtisaslaşmış müdafiə sənayesi şirkəti olan “Nurol Teknoloji” Almaniyanın keramika xammalı istehsalçısı “Industrie Keramik Hochrhein” (IKH) şirkətinin əksər səhmlərini satın alıb.

Ordu.az xəbər verir ki, IKH 1995-ci ildən innovativ yüksək texnologiyalı keramika tozları hazırlayır və istehsal edir.

İllərdir toz metallurgiyası və qabaqcıl texniki keramika sahəsində bir çox texnologiya nəhəngləri üçün xüsusi məhsullar hazırlayan IKH keramika texnologiyaları sahəsində təcrübəsi, innovativ yanaşması və incə/ultra incə, oksid/oksid olmayan keramika tozları üçün iki müasir istehsal müəssisəsi ilə qabaqcıl texniki keramika sənayesinin aparıcı oyunçularından biridir.

“Nurol Teknoloji”nin baş direktoru və İdarə Heyətinin üzvü Səlim Baybaş verdiyi açıqlamada şirkətin əksər səhmlərini satın aldıqlarını bildirib.

Eyni zamanda, şirkət qabaqcıl texniki keramika sahəsində “Ar-Ge” fəaliyyətlərini sürətləndirməyi və bu sahədə innovativ məhsullar inkişaf etdirməyi hədəfləyir. Bu satınalmanın Türkiyə müdafiə sənayesi və qabaqcıl texniki keramika sənayesinin gələcəyi üçün böyük bir baxış daşıdığı qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Nurol-Teknoloji  


Bizi "telegram"da izləyin