Özbəkistan Prezidenti Almaniyaya işgüzar səfərə gedib

2023/09/1695906168.jpg
Oxunub: 24655     16:55     28 Sentyabr 2023    
Özbəkistan Prezidenti Almaniyaya işgüzar səfərə gedib.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Özbəkistan rəhbəri Şavkat Mirziyoyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniyaya gedib. Mirziyoyev 28-30 sentyabr tarixlərində Berlində işgüzar səfərdə olacaq.

Səfər proqramına uyğun olaraq Özbəkistan Prezidenti bir sıra rəsmi və işgüzar görüşlər keçirəcək, həmçinin Mərkəzi Asiya və Almaniya dövlət başçıları formatında tədbirlərdə iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Almaniya  


Bizi "telegram"da izləyin