Ermənistanın Roma statutu ilə bağlı həlli çətin ağlabatandır - Rəsmi Moskva

2023/09/64f5d-1693832956.jpg
Oxunub: 155     16:18     28 Sentyabr 2023    
Roma statutu ilə bağlı həll çətin ağlabatandır və Ermənistan bunu bilir.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan tərəfi Rusiyaya Roma statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağı təklif etdiyini bildirib.

Peskov Ermənistanın Roma statutunun ratifikasiyası ilə bağlı Rusiyaya göndərdiyi ikitərəfli saziş təklifi barədə təfərrüatları bilmədiyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib. Roma statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. Moskva Ermənistan hökumətindən bununla bağlı açıqlama tələb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin