Şalva Papuaşvili Aİ-ni Gürcüstana namizəd statusu verməməklə bağlı səhvini bir daha təkrarlamamağa çağırıb

2023/09/65156-1695902766.jpg
Oxunub: 169     16:02     28 Sentyabr 2023    
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını (Aİ) Gürcüstana namizəd statusu verməməklə bağlı səhvini bir daha təkrarlamamağa çağırıb.

Ordu.az xəbər verir ki, spiker Aİ-nin Gürcüstana namizəd statusu verməsinin kiçik addım kimi görülə biləcəyini, lakin bunun Gürcüstan üçün böyük önəm daşıdığını vurğulayıb.

“Biz izah etməliyik ki, Aİ-nin ötən il etdiyi səhvi təkrarlanmamalıdır”, - spiker deyib.

Papuaşvili Aİ-nin üzv ölkələrini öz məsuliyyətlərinin ağırlığını dərk etməyə və Gürcüstanla bağlı müsbət qərar qəbul etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin