Ermənistanda Paşinyana sui-qəsd törətmək istəyən daha bir nəfər yaxalandı

2023/09/838e0-1695898252.jpg
Oxunub: 260     14:44     28 Sentyabr 2023    
Ermənistan İstintaq Komitəsi Muşeq Şuşanyan adlı bir vətəndaşın saxlanması barədə məlumat yayıb.

Ordu.az erməni mediasına istinadən xəbər verir ki, məlumata görə, bu il mayın 9-da “YouTube” platformasında “Nikolun fiziki məhv edilməsi artıq bir məcburiyyətdir” başlıqlı videoçarx dərc olunub. Burada Şuşanyan siyasi baxışların müxtəlifliyinə görə baş nazirin fiziki məhvinə dair çağırışlar səsləndirib.

Sentyabrın 22-də Şuşanyan özünün Facebook səhifəsində bu sözləri yazıb: “Ermənilərin oyanışı yalnız bir şərtlə başlaya bilər: Kikol və bütün xəyanətkar dəstə ölüm hökmünə məruz qalsa...”

Başqa bir statusda isə “Kikol və onun dəstəsini qəddarcasına məhv edin, polis, təhlükəsizlik orqanları sizi gözləyirəm”,-deyə çağırış səslənib.

Ermənistan İstintaq Komitəsi burada bəhs edilən “Kikol”un məhz “Nikol” olduğu fikrinə varıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin