Ermənistan Rusiyaya Roma statutu ilə əlaqədar saziş bağlamağı təklif edib

2023/09/yerev-1695898094.jpg
Oxunub: 19553     14:25     28 Sentyabr 2023    
İrəvan Moskvaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağı təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan brifinqdə deyib.

"Roma statutu Ermənistanda ratifikasiya olunacağı təqdirdə Rusiyanın narahatlıqlarının aradan qalxması üçün Rusiyaya ikitərəfli saziş imzalamağı təklif etdik. Mətn bir neçə ay öncə, apreldə təqdim olunub. Həmkarlarımızdan cavab gözləyirik", - o deyib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib. Roma statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. Moskva Ermənistan hökumətindən bununla bağlı açıqlama tələb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin