Erməni ictimai xadim: “Ermənistanın Qarabağda baş verənlərə müdaxilə etmək üçün birbaşa öhdəliyi var idi”

2023/09/2023--1695896908.jpg
Oxunub: 385     17:43     28 Sentyabr 2023    
“Ermənistan Qarabağa əl uzatmayanda hər bir sakin ləyaqət böhranı yaşayır”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Suren Sahakyan deyib.

Sahakyanın sözlərinə görə, Ermənistanın Qarabağda baş verənlərə müdaxilə etmək üçün birbaşa öhdəliyi var idi.

“Əgər Azərbaycan “Noyemberyan da mənimdir” desə, döyüşməməliyik? Siyasət riyaziyyat deyil, söz verirsənsə, sahib çıxacaqsan. Müstəqillik Ermənistan xalqının qərarından asılıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin