Ordu.az xəbər verir ki, erməni ictimai xadim Hayk Xanumyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan ordusu tədricən qulluqçuların bürokratiyasına çevrilib.
“Müharibə təcrübəsi və hərbi bacarıqların lokallaşdırılması erməni dilinə tərcümə edilmiş sovet hərbi dərslikləri ilə əvəz olundu, icra intizamı kəskin şəkildə aşağı düşdü, xarakterli komandirlər fürsətçilərlə, əmrləri məntiqsiz yerinə yetirənlərlə əvəz olunmağa başladı”, - deyə Xanumyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az