NATO Litvaya 2 AWACS təyyarəsi göndərir

2023/09/KC-13-1694503788.jpg
Oxunub: 156     14:32     28 Sentyabr 2023    
NATO Rusiyanın Litva ilə sərhəddə hərbi fəaliyyətini müşahidə etmək məqsədilə bu ölkəyə 2 “AWACS” təyyarəsi göndərir.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahı məlumat yayıb.

Bildirilib ki, Alyans Litvanın Şaulyay şəhərində müvəqqəti olaraq “Havadan Xəbərdarlıq və Nəzarət Sistemi” (“AWACS”) müşahidə təyyarəsini yerləşdirəcək. Məlumata görə, təyyarələrdən biri sentyabrın 28-də göndəriləcək.

Sənəddə qeyd olunub ki, “AWACS” yaxın günlərdə NATO-ya üzv dövlətlərin ərazisi üzərində kəşfiyyat uçuşlarına başlayacaq. Məlumata görə, missiyanın bir neçə həftə davam etməsi planlaşdırılıb.

Litvaya göndərilən sistem Almaniyanın Qaylenkirxen şəhərində yerləşən NATO-nun müşahidə təyyarəsindən ibarət donanmaya aiddir. Bu donanmada 14 təyyarə var. “AWACS”a xidmət üçün 150-yə yaxın hərbi qulluqçu Şaulyaya ezam olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   AWACS  


Bizi "telegram"da izləyin