İrəvan Roma Statutu ilə bağlı Moskvaya ikitərəfli saziş imzalamağı təklif edib

2023/03/16790-1680073111.jpg
Oxunub: 203     13:39     28 Sentyabr 2023    
İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.

O qeyd edib ki, bu, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunması halında, Rusiyanın qorxularını dağıtmağa imkan verəcək.

"Mətn bir neçə ay əvvəl, apreldə təqdim olunub. Həmkarlarımızın reaksiyasını gözləyirik", o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin