Türkiyə Silahlı Qüvvələri bu il 991 terrorçunu məhv edib

2023/06/1686729330.jpg
Oxunub: 152     13:32     28 Sentyabr 2023    
“Suriyada sabitliyin ən yaxın gələcəkdə təmin olunması üçün fəaliyyətimizi davam etdiririk”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) bildirilib.

Qeyd olunub ki, suriyalıların təhlükəsiz şəkildə geri qayıtmaları üçün lazımi addımlar atılır.

Həmçinin, vurğulanıb ki, əməliyyat ərazilərindəki təhlükəsizliyin təmin olunmasından ötrü də lazımi tədbirlər görülür: “Bu ilin əvvəlindən etibarən terrorçular mövqelərimizə 342 dəfə hücum etmiş və ya təxribata cəhd göstərmişdilər. Bu hücumlara adekvat cavab verilib. Nəticədə il ərzində 991 terrorçu məhv edilib. Onlardan 65-i son 1 həftə ərzində zərərsizləşdirilib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin