Bolqarıstan 1,37 milyard dollarlıq “Stryker” sifarişini təsdiqləyib

2023/09/2023--1695887120.jpg
Oxunub: 12283     16:23     28 Sentyabr 2023    
Bolqarıstanın müdafiə naziri Todor Taqarev ABŞ-dən təxminən 1,37 milyard dollara alınması planlaşdırılan “Stryker” zirehli döyüş vasitəsi alınmasına razılıq verdiyini açıqlayıb.

Ordu.az-ın xəbərinə görə, bu addım onu göstərir ki, Sofiyanın daha aşağı qiymət etiketi ilə bağlı danışıqlara dair elan etdiyi plan uğurlu sayıla bilər.

Taqarev qeyd edib ki, ilk ödənişləri etdikdən sonra müqavilə qüvvəyə minəcək.

“Bundan sonra söhbət iki il ərzində tədarüklərin başlanmasından və üç il ərzində müqavilənin tamamlanmasından gedir”, - deyə o bildirib.

Bu ayın əvvəlində yüksək rütbəli məmur ölkə rəsmilərinin 183 döyüş vasitəsinin alınması ilə bağlı potensial sövdələşmədə ABŞ hökumətinin dərc etdiyi 1,5 milyard dollarlıq təxminindən daha aşağı qiymətə danışıqlar aparmaq üçün səy göstərdiyini açıqlayıb.

Bununla belə, Taqarev sentyabrın 22-də müqavilənin təklif olunan həcmini və Bolqarıstan Silahlı Qüvvələrinə təhvil veriləcək “Stryker”lərin sayını açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Stryker  


Bizi "telegram"da izləyin