Cənubi Koreyadan Şimala mesaj: Nüvə silahından istifadə etsəniz, Kim rejimini aradan qaldıracağıq

2023/09/2023--1695887054.jpg
Oxunub: 18912     15:56     28 Sentyabr 2023    
Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin ordusunun yaradılmasının 75-ci ildönümü münasibətilə etdiyi çıxışında Şimali Koreyaya nüvə silahından istifadə edəcəyi təqdirdə rejiminin Seul və Vaşinqton tərəfindən məhv ediləcəyi barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, Silahlı Qüvvələr Günü münasibəti ilə Yun ABŞ ilə uzunmüddətli müttəfiqliyi və Kim Çen Inın hücum cəhdindən çəkindirmək məqsədilə regionda Amerika nüvə aktivlərinin yerləşdirilməsi ilə bağlı məsləhətləşmələri gücləndirmək üçün Prezident Co Baydenlə əldə olunan razılaşmaları yüksək qiymətləndirib.

Yoon qeyd edib ki, Şimali Koreya nüvə silahından istifadə edərsə, onun rejimi Cənubi Koreya-ABŞ ittifaqının böyük cavabı ilə sona çatacaq.

O, həmçinin Pxenyanı atom silahına can atdığına görə tənqid edib və bunun bədəlini xalqının ödədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin