Ordu.az xəbər verir ki, Almaniyanın “Wiesbaden” Ordu Aviabazasında yerləşən ABŞ ordusunun 12-ci Döyüş Aviasiya Briqadası 2 ədəd AH-64E “Apache” helikopterini qəbul edib.
Məlumata görə, AH-64E “Version 6 Apache Guardian” hücum helikopterlərinin alınması 12-ci Döyüş Aviasiya Briqadası üçün yeni satınalmanın başlanğıcını göstərir.
Bu çərçivədə eyni tipli daha 24 helikopterin inventara əlavə edilməsi gözlənilir.
Bildirilib ki, yeni tədarüklər ABŞ Hərbi Hava Qüvvələrinin C-17 “Globe Master III” nəqliyyat təyyarəsi ilə rahat şəkildə həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az