“ Nikol Paşinyanın Rusiyaya sərfəli olduğu vəziyyət yaranıb” - Erməni analitik

2022/12/maxre-1671528543.jpg
Oxunub: 249     15:56     28 Sentyabr 2023    
“Əgər yeni müttəfiq qazana bilmirsənsə, elə siyasət aparma ki, Moskvanın timsalında ən qatı düşmən qazansın”.

Ordu.az xəbər verir ki, erməni analitik Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, kim Rusiyanın necə rəqib ola biləcəyini başa düşmürsə, qan qohumu olan ukraynalılardan soruşa bilər.

“Qarabağ ermənilərinin bir hissəsinin gedəcəyi göz qabağındadır, amma istisna etmirəm ki, Moskva əhalinin bir hissəsini saxlamağa çalışacaq, çünki bütün əhali gedirsə, rus sülhməramlılar da onlarla birlikdə getməlidir. Hazırda Moskvanın buna hazır olduğuna dair heç bir siqnal yoxdur”, - deyə Kiviryan bildirib.

Erməni analitik qeyd edib ki, bu günlərdə Rusiya və Qərb rəsmiləri eyni vaxtda Ermənistana səfər edirlər, çünki Ermənistan və region uğrunda mübarizə davam edir.

“Müəyyən mənada mübarizə yeni başlayır və müxtəlif inkişaflar ola bilər, çünki Moskva bu qədər asanlıqla bu regiondan imtina etməyəcək. Ən yaxşı müttəfiqlik münasibətləri ilə problemlərin 30 faizini həll edə bilərsiniz. Bütün problem ondadır ki, erməni milləti öz problemlərini 100 yox, 300 faiz həll edəcək müttəfiq tapmağa çalışır”, - deyə o vurğulayıb.

Kiviryan deyib ki, ağıllı hökumət güzəşt illüziyası yaratmaqla vəziyyəti sakitləşdirə bilər.

“Ermənistan özünə gəlməsə, Qarabağın taleyini yaşayacaq. Qarabağdan Ermənistana gəldiyini gördüyümüz maşın karvanını Ermənistandan İrana və ya Gürcüstana gedəndə görəcəyik”, - deyə o qeyd edib.

Erməni analitik vurğulayıb ki, Nikol Paşinyanın Rusiyaya sərfəli olduğu vəziyyət yaranıb.

“Supergüclər fərdlərə baxmır, fərdlərin rolu maraqlarda həll olunur. Ruslar daha aktiv şəkildə müdaxilə etməli olsaydılar, Nikol Paşinyanı zərərsizləşdirməyin yolunu tapardılar”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiviryan   Erməni-analitik  


Bizi "telegram"da izləyin