Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Factor.am” nəşri yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, KTMT-də səfir postu vakant qalacaq.
Mənbə bildirib ki, Viktor Biyaqov sentyabrın 5-də Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb və Ermənistanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“Xarici İşlər Nazirliyi KTMT-yə səfir təyin olunmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirmir. Ermənistanın Rusiyadan narazılığı Laçın yolunun bağlanması və həmçinin son hadisələrdən sonra daha da kəskinləşib”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az