“Joğovurd”: Serj Sarkisyanın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri azadlığa buraxılıb

2023/09/1695885559.jpg
Oxunub: 135     16:28     28 Sentyabr 2023    
Sentyabrın 26-da Ermənistanın üçüncü prezidentinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Vaçaqan Qazaryan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasından buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, korrupsiyaya qarşı mübarizə komitəsi onun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə vəsatət təqdim etməyib, sentyabrın 26-da onun həbs müddəti başa çatıb və o, azadlığa buraxılıb.

“Xatırladaq ki, o, Müdafiə Nazirliyinin torpaqlarının qanunsuz satışı işi üzrə saxlanılıb. Vaçaqan Qazaryanın azadlığının qiymətinin nə qədər olduğu məlumdur. Bu il avqustun 31-də prokurorluq “Yerablur” panteonunun 4 vahid torpaq sahəsini Ermənistana qaytardığını bəyan edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaryan  


Bizi "telegram"da izləyin