Ermənistanda sabiq polis rəisinin intiharından 4 il keçməsinə baxmayaraq hələ də cavabsız suallar qalıb

2023/09/timth-1695885348.jpg
Oxunub: 28358     15:40     28 Sentyabr 2023    
Ermənistanın keçmiş polis rəisi Hayk Harutyunyanın intiharı ilə bağlı cinayət işi yenidən açılsa da, hadisədən 4 il keçsə də, keçmiş polis rəisini kimin və ya kimlərin intihara məcbur etdiyi məlum deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr Ermənistan İstintaq Komitəsinə müraciət edib və oradan cavab veriblər ki, ibtidai istintaq davam edir.

“Xatırladaq ki, 2019-cu il sentyabrın 24-də 2003-2008-ci illərdə Ermənistan polisinin rəhbəri vəzifəsində çalışmış Hayk Harutyunyanın başından güllə yarası almış vəziyyətə meyiti tapılıb. “1 Mart” işi üzrə təqsirləndirilən Hayk Harutyunyanın intiharı ilə bağlı Ermənistanın polis rəisinin keçmiş müavini, general-leytenant Ararat Mahtesyanın dindirildiyini də yazmışdıq. 2021-ci ildə iş dayandırılıb, lakin 2022-ci ildə qəbul edilmiş yeni Ermənistan Cinayət-Prosessual Məcəlləsi aydın şəkildə müəyyən edib ki, ya cinayət işinə xitam verilir, ya da kiməsə qarşı cinayət təqibi başlanaraq ittiham aktı ilə məhkəməyə göndərilir. Başqa sözlə, Ermənistan Cinayət-Prosessual Məcəlləsində üstü açılmamış cinayət prosesinin dayandırılması üçün hüquqi prosedur nəzərdə tutulmur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq-Komitəsi  


Bizi "telegram"da izləyin