Ermənistan hakimiyyətinin anti-Rusiya siyasəti məcbur edib ki, Rusiya hökuməti və ona rəğbət bəsləyən dairələr müəyyən səfərbərlik həyata keçirsinlər, hakimiyyətə qarşı təşkil edilən mitinqlərdə iştirak etməyə başlasınlar, məqalələr yazsınlar, müxtəlif kütləvi informasiya vasitələrində Rusiyanın nöqteyi-nəzərini və maraqlarını təqdim edən müsahibələr versinlər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, lakin rusiyalı siyasi texnoloqlar başqa addımlar da planlaşdırırlar.
“Məsələn, Larsda erməni yükləri ilə bağlı problemlər olacaq. Yaxud Rusiyada yaşayan bir milyona yaxın diaspor ermənilərinin hüquq-mühafizə orqanları və ya sərhədçilərlə problemləri olacaq. Onların biznes fəaliyyətlərində çətinliklər yarana bilər. Ermənistanda qazın, işığın qiymətləri, dəmir yolu tarifləri, Ermənistana pul köçürmələri və s. ilə bağlı problemləri hələ demirik”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Ermənistan