“Past”: Samvel Babayanın Nikol Paşinyana deyəcək sözü varmı?

2023/06/1685600607.jpg
Oxunub: 226     16:15     28 Sentyabr 2023    
Ermənistanın “Past” nəşri bir ay əvvəl yazıb ki, məlumata görə, “Qarabağda parlamenti”ndə (qondarma qurum-red.) müzakirə zamanı Samvel Babayan Azərbaycana “ramoçni” (çərçivə) paketi göndərdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, ötən günlərdə Babayan belə bir paket göndərdiyini təsdiqləyib.

“Bu, bir çoxları tərəfindən hüquq-mühafizə sisteminin diqqətini çəkməli olan özünüetiraf bəyanatı kimi təsvir edilib. Babayan həmçinin birincilərdən birinin necə “qəhrəmancasına” Qarabağdan çıxdığı haqqında danışıb. Söhbət bir vaxtlar Qarabağı tərk edən sonuncu şəxs olacağını deyən, lakin Ermənistana ilk çatanlardan biri olan adamdan gedir. Həmin sərhəd-buraxılış məntəqəsində azərbaycanlılar “Babayanın sürücüsü” kimi qələmə verdikləri şəxsi həbs ediblər. Lakin Azərbaycan tərəfindən “separatçıların qəhrəmanı” kimi axtarışda olan həmin Babayanın sərhədi keçməsinə icazə verilir. Nəhayət, əsas məsələ: Samvel Babayan Nikol Paşinyandan başqa hamını ittiham edib. Maraqlıdır, Samvel Babayanın ən azından Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, heç olmasa müharibə zamanı fəaliyyətsizliyi ilə bağlı Paşinyana deyəcək sözü varmı?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babayan   Paşinyan  


Bizi "telegram"da izləyin