Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, ölkə başçılarının görüşü sentyabrın 24-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsselə gedəcəyi açıqlananda bəlli olub.
“Rəsmi məlumata görə, o, sentyabrın 26-da həmin görüşə hazırlıq məqsədilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Görüş həmçinin iştirakçılara 2023-cü il oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşü ilə bağlı fikir mübadiləsi aparmaq imkanı verib. Həmin görüşdə qeyd olunub ki, Ermənistan və Azərbaycan münasibətlərin normallaşmasına yönəlmiş səyləri davam etdirmək üçün Qranadada mümkün görüşdən istifadə etməkdə maraqlıdırlar. Oktyabrın 5-də keçiriləcək görüşdə sərhədlərin demarkasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar məsələlər və sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Üstəlik qeyd olunur ki, nizamlanma prosesinin bütün istiqamətlərində aydın hərəkətlər və qəti kompromis həllər lazımdır. Yəni oktyabrın 5-də gözlənilən liderlərin görüşündə ciddi qərarlar qəbul edilə bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az