Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, ən azı 25-30 min erməninin Qarabağda qalması Azərbaycan və Rusiya üçün faydalıdır.
“Bu, rusların mövcudluğunu təmin edəcək və Azərbaycana beynəlxalq ictimaiyyət qarşısında belə bir manevr etmək imkanı verəcək ki, etnik təmizləmə aparmayıb, əksinə ermənilər onlarla yaşamağa davam edirlər. Üç “keçmiş prezident” (separatçı-red.) - Bako Sahakyan, Arkadi Qukasyan və Arayik Harutyunyan, “müdafiə ordusunun keçmiş komandirləri” və generalları, “parlamentin üç müxalifət fraksiyasının bütün deputatları” Qarabağdadırlar. Samvel Babayan “parlamentin sədr müavini” Qaqik Baqunts və qadın “deputat” Qohar Sarkisyan istisna olmaqla, “partiya üzvləri” ilə birlikdə Ermənistandadır. Adlarını dəqiqləşdirə bilmədiyimiz şəxslər də var. “Hakim elita”da ən faciəli fiqur, indiki “prezident” Samvel Şahramanyan və onun başçılıq etdiyi “hökumətin demək olar bütün üzvləri” də Qarabağdadır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az