Ordu.az xəbər verir ki, o, Qarabağda olduğunu deyib.
“Mən Qarabağdayam, ünvanımı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, Qarabağı tərk etməyə cəhd də etməmişəm”, - deyə Balasanyan bildirib.
Balasanyan əlavə edib ki, Qarabağı tərk etmək fikrində deyil.
Xatırladaq ki, 1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş soyqırımı işilə bağlı Azərbaycanda Balasanyana qarşı cinayət işi qaldırılıb. O, Xocalıda 600-dən çox dinc sakininin ölümünə səbəb olan hərbi cinayətkarlardan biri sayılır.
Alpər Mövludoğlu
Ordu.az