Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin helikopter ekipajları Xankəndidə yanacaq çəninin partlaması nəticəsində xəsarət alan Qarabağın mülki sakinlərinin sanitar-aviasiya təxliyəsini başa çatdırıblar. Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb dəstəsinin hərbi həkimləri tərəfindən ümumilikdə 42 sanitar uçuş həyata keçirilib, 258 nəfər, o cümlədən Xankəndi Tibb Mərkəzinin tibbi və reanimasiya yardımına ehtiyacı olan xəstələri təxliyə ediliblər”, - deyə hərbi idarədən bildirilib.
Rusiya MN əlavə edib ki, sülhməramlılar Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edirlər.
Ordu.az