ISW: Rusiyaya İran raketlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər

2023/09/1695881962.jpg
Oxunub: 173     10:15     28 Sentyabr 2023    
Rusiyaya İran raketlərinin tədarükü ilə bağlı yaxın zamanda razılıq əldə oluna bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının bu qəbildən olan razılaşmaları imzalamağı İrana qadağan edən 2231 saylı qətnaməsinin müddəti 18 oktyabrda başa çatacaq.

Ukrayna və İsrail kəşfiyyatının məlumatlarına əsasən, Rusiya İrandan “Fateh-110” və “Zolfaghar” ballistik raketlərini almağa çalışır. Bu raketlərin hər biri 300 kilometr və ya daha çox məsafə qət edə bilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Raket  


Bizi "telegram"da izləyin