Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, dövlət sisteminin daxildən çatlamaması üçün Nikol Paşinyanın ən böyük səylərinə baxmayaraq, yaranmış vəziyyətə görə indiki mərhələdə heç bir nəzarət mexanizmi işləmir.
Nəşrin XİN-dəki mənbəsi bildirir ki, Ermənistanın müxtəlif ölkələrdə akkreditə olunmuş ondan artıq konsulları istefa ərizələri təqdim edərək, belə biabırçı şəraitdə Ermənistan hakimiyyəti ilə işləmək fikrində olmadıqlarını bəyan ediblər.
“Eyni mənbənin məlumatına görə, son bir həftə ərzində diaspor ermənilərinin nümayəndələri Ermənistanın müxtəlif ölkələrdəki səfirləri və konsulları ilə çox sərt söhbətlər apararaq, Ermənistan hakimiyyətinin anti-erməni siyasətini kəskin tənqid ediblər. XİN-dən onu da bildiriblər ki, bir neçə səfir də istefa vermək istəyib, lakin onlarla ayrı-ayrılıqda söhbətlər olub, onları heç olmasa indiki mərhələdə öz vəzifələrində qalmağa razı salmağa çalışıblar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az