İran ABŞ-nin Ukraynada sülhə əsas maneə olduğunu bildirib

2023/09/1695877085.jpg
Oxunub: 130     00:42     28 Sentyabr 2023    
Ukraynada sülhün bərqərar olmasına əsas maneə ABŞ-dir.

Ordu.az xəbər verir ki, bunu Fars xəbər agentliyinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Hazırda ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına faktiki olaraq qarşı çıxan və atəşkəs və sülhə nail olmaq üçün bütün formullara veto qoyan əsas ölkədir”, - deyə siyasətçi bildirib.

Qalibaf həmçinin əmin olduğunu bildirib ki, münaqişənin əsas səbəbi NATO və ABŞ-ın öz təsirlərini genişləndirmək istəyi olub.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin