Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Komitəsinin üzvü Aleksandr Başkin deyib.
Onun sözlərinə görə, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən sonra Moskva ona kömək edə bilməyəcək, bu onun qərarının nəticəsidir.
“Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, müvafiq olaraq bu addımın bütün hüquqi nəticələri onun seçiminə görədir", - Başkin qeyd edib.
Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Ordu.az