AzTV və “Haber Global” 27 sentyabr Anım Günü ilə bağlı ortaq yayım təşkil ediblər - VİDEO
Oxunub: 249
22:56
27 Sentyabr 2023
27 sentyabr Anım Günü münasibəti Azərbaycan Televiziyası və Türkiyənin “Haber Global” telekanalı ortaq yayım həyata keçiriblər.
Ordu.az xəbər verir ki, Vətən müharibəsinin başlamasının üçüncü ildönümündə tarixi hadisələri və onun nəticələrini müzakirə edən ekspertlər Azərbaycanın bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atdığını bildiriblər.
Qeyd olunub ki, əgər 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdisə, bugünlərdə Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərilə dövlət suverenliyini bütün ərazisinə yaymağı bacardı.