ABŞ İran və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib

2023/06/6495a-1687532390.jpg
Oxunub: 18555     19:36     27 Sentyabr 2023    
ABŞ Rusiya Federasiyasına yardım etdiyi iddiası ilə İran, Çin və BƏƏ-nin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi “qara siyahıya” daxil edilmiş fiziki və hüquqi şəxslərin İranın “Shahed” tipli PUA-larının ən mühüm komponenti olan mühərriklərin alınması üçün təchizat və maliyyə əməliyyatları həyata keçirdiyini bildirib.

Nazirlik Rusiyanın həmin “Shahed-136” PUA-larını Ukraynada tətbiq etdiyini bildirib.

Sanksiyalar siyahısına daxil edilməsi həmin şəxs və şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ vətəndaşları ilə bu sahədə iş aparmasının qadağan edilməsi deməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Çin  


Bizi "telegram"da izləyin