Gürcüstanda Vətən müharibəsi şəhidləri anılıb

2023/09/42424-1695827211.jpg
Oxunub: 28468     18:10     27 Sentyabr 2023    
Bu gün Alyans Gənclər Mərkəzi və ASAP-ın (Azərbaycanlı gənc tələbə və məzunlar platforması) Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr edilmiş tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin rəsmiləri, şəhid ailələri və qazilər, eləcə də icma nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri anmaqdır.

Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsi başlayandan soydaşlarımız səfirliyə üz tutub:

"Gürcüstanda yaşayan azərbaycanlılar tək sözdə yox, əməldə də bir olduqlarını nümayiş etdiriblər", - E.Bayramov əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Vətən-müharibəsi-şəhidləri  


Bizi "telegram"da izləyin