"Erməni diasporunun nümayəndələri tərəfindən edilən hücumların hər biri görüntülənib" - Komitə sədri

2023/09/trend-1695811072.jpg
Oxunub: 298     14:25     27 Sentyabr 2023    
Kanadada da bu yaxınlarda Azərbaycan evimizə qarşı qeyri-qanuni hərəkətlər olmuşdu.

Ordu.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin hadisə ilə bağlı da hüquq mühafizə orqanlarına məlumat verilib.

"Biz çalışırıq ki, bütün tədbirlər hüquq və qanun çərçivəsində olsun. 2021-ci ildən bizim bütün diaspor təşkilatlarımızda təhlükəsizlik və müşahidə kameraları quraşdırılıb.

Azərbaycan evlərinə erməni diasporunun nümayəndələri tərəfindən edilən hücumların hər biri görüntülənib. Bütün faktlarla bağlı toplanmış materiallar yerli hüquq mühafizə orqanlarına təqdim olunub", deyə Kimitə sədri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Komitə-sədri   Fuad-Muradov  


Bizi "telegram"da izləyin