Rusiya XİN: Ümid edirik ki, Ermənistanda bizim siqnallarımız eşidiləcək və qəbul olunacaq

2023/05/1685453268.jpg
Oxunub: 333     14:28     27 Sentyabr 2023    
“İrəvanda baş verənləri kar da eşidər”.

Ordu.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin ötən gün Ermənistanla bağlı bəyanatından sonra rəsmi İrəvanın Moskvanı eşidib-eşitməməsi ilə bağlı suala cavabında bildirib.

"Mənə elə gəlir ki, orada ümumilikdə baş verənləri hətta kar da eşidər. Bu, təkcə Moskvanın reaksiyası məsələsi deyil, bu, ümumilikdə bütün dünya üzrə gedən reaksiyadır. O ki qaldı Moskva ilə İrəvan arasındakı təmaslara, onlar müxtəlif səviyyələrdə davam edir. Ümid edirik bizim siqnallarımız eşidiləcək və lazımi şəkildə qəbul olunacaq. Rusiya hər zaman Ermənistanla müttəfiqlik münasibətlərinə diqqətlə yanaşıb, heç vaxt bu münasibətlərin gərginləşməsinin təşəbbüskarı olmayıb. Rusiya ən çətin vəziyyətlərdə Ermənistan xalqına maksimal dərəcədə dəstək verib. Bundan sonra da belə olacaq”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin