“Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanı araşdırmalıdır” - Abrahamyan

2021/02/546-1614332457.jpg
Oxunub: 224     14:31     27 Sentyabr 2023    
“Samvel Babayan Ermənistanın Birinci Kanalında Qarabağ separatçılarının rəhbərliyinin (mətndə uydurma bir addan istifadə olunur-red.) xəbəri olmadan Azərbaycanla əlaqə saxlayıb və təkliflər verib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abrahamyan yazıb.

“Bizdə sadə vətəndaş hər hansı mövzuda Azərbaycanla əlaqə saxlasa, MTX ən azı müvafiq işləri görərdi.

Qarabağ ermənilərinin ikinci qüvvəsinin lideri seçicilərini, siyasi qüvvəsini, xalqı çətin vəziyyətə qoyub, üstəlik bölgəni tərk edərək ilk gedənlərdən biri olub. Bu adam indi də Birinci kanalda sevinclə hansısa etiraflar edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Babayanın Azərbaycanla necə, kimin vasitəçiliyi ilə və nə haqda danışdığını aydınlaşdırmalıdır”, - deyə Abrahamyan qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Babayan  


Bizi "telegram"da izləyin