Fuad Muradov: “Vətən müharibəsindən sonra erməni tərəfdən birgə danışıqlar, təmaslarla bağlı təkliflər gəldi”

2020/11/c286a-1606332719.jpg
Oxunub: 131     14:20     27 Sentyabr 2023    
“44 günlük müharibədən sonra erməni tərəfdən birgə danışıqlar, təmaslarla bağlı təkliflər gəldi”.

Ordu.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin vaxt diaspor qəti şəkildə bundan imtina etdi: “Çünki torpaqlarımız işğal altında idi. İndiki mərhələdə isə belə fikirlər hələ ki yoxdur”.

F.Muradov söyləyib ki, Azərbaycan rəsmiləri lazımi işlərlə məşğul olurlar: “Reinteqrasiya və etimad mühitinin qurulması istiqamətində işlər davam edir. Amma, əlbəttə, bu asan məsələ deyil. İndiki məqamda isə hələ ki şəhidlərimizi anırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fuad-Muradov   Diaspor  


Bizi "telegram"da izləyin